“Barbie”yə bənzəmək üçün bıçaq altına girdi - XƏYALI GERÇƏK OLDU

  • By admin
  • 21 Fevral 2018 19:00


“Barbie” gəlinciyinə bənzəmək üçün Çek Qabriela Jirackova adlı gənc qız bir neçə dəfə bıçaq altına uzanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı Çek təkcə dodaq doldurma, saç uzatma və qalıcı makiyaj üçün ana və atasının bir aylıq maaşını – 1000 pound xərcləməli olub.

Bundan başqa, o, 16 yaşında sinəsini böyütmə əməliyyatına 3200 pound ödəyib.
Gənc qızın sözlərinə görə, hələ ayaqlarını da istədiyi kimi etmək üçün bıçaq altına uzanmağı planlaşdırır.

300 ədəd “Barbie” gəlinciyi olan Qabriela özünü indi daha gözəl və xoşbəxt hiss etdiyini bildirib.

Gununsesi.info