VİDEO

Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

22 İyun 2017

04 Yanvar 2017 - 20:42

Barda ölən qız-LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Bəlkə də bu yazını yazmaq üçün çox gec qalmışam, bəlkə də demək istədiklərimi məndən qabaq kimsə deyib. Amma bu elə elə mövzudur ki, gərək yazasan. Hər gün yazasan, hər saat yazasan ki, cahil adamlar terrora məruz qalan adamın ruhunu  bir də mənəvi terrora məruz qoymasın! İttiham etməkdənsə əlinə bir kitab alıb oxusun. Onu da bacarmırsa, dilinə yiyəlik etsin!   

Dilə yiyəlik etməyi hər adam bacarmır. Bu daha çox  insanın xarakteri ilə bağlı məsələdir. Amma kitab oxumağı hələ ki, çoxluq bacarır. Ona görə “hələ “ yazıram ki, bir azdan  üzdən  oxumağı da yaddan çıxaracağıq. Çünki, kitab, xüsusilə dərslik  yazanlarımızın çoxu  elə yazır ki, o dərslik  ən yaxşı halda  zövqsüz, ən pis  halda cahil yetişdirə bilər. İki nümunə gətirəcəm, görəcəksiz. Biri 2-ci sinfin dərsliyindəndir. Müəllifi deyilənlərə görə Bakının  Suraxanı rayonunda İcra hakimiyyətində mühasib işləyir. Mürvət Qədimoğlu adlı bu mühasib-şair  tenderi necə  udub, məəttələm. Amma belə şerlə nə tenderi udmaq olar, nə də Qarabağda müharibəni.

Bürünübdür çöl-çəmən

Ağappaq bəyaz qara

Ağ qardan don biçilib

Bağçalara, bağlara.

 Ermənilər qoymayıb

Laçına, Kəlbəcərə

Şaxta babayla Qar qız

Gəlib çıxıb şəhərə.

Belə.  Mürvət müəllimin Şaxta Baba ilə  Qar qızı  şəhərdə əylənməyində olsun, biz  də uşaqlarımıza bu zövqsüz şeri əzbərlətməkdə, indi ikinci  fakta diqqət çəkək. Bu xəbəri sosial şəbəkədə dir dostumuz paylaşıb. Səhv etmirəmsə, bu ötən il  sonda bir nəfərin ölümü ilə nəticələnən  hay-küylü məktəb aksiyasının “ preambulası” idi. Deməli,  Hövsanda  118 saylı məktəbin 9-cu sinif şagirdləri direktora deyibmişlər ki, bir aydır tarix müəllimimiz yoxdur, bizə onu əvəz etməyə müəllim verin. Direktor da uşaqlara qayıdasan ki, evdə atanız olmayanda onu kimsə əvəz edir? Bax bu artıq nonsensdir! Həm direktorun cavabı baxımından, həm də şagirdlərə  bir ay sərasər tarix dərsini tədris etməmək baxımından! Əslində hamımız valideynik, hamımızın evindən azı bir uşaq hər gün məktəbə gedir. Məktəblərin uşaqlara nə verdiyini də yaxşı bilirik, uşaqlarımızın bundan nə götürdüyünü də.

Uşağı ailədən də qabaq məktəb, mühit öyrədir, tərbiyə edir. İndi biz hansı savadlı kadra, hansı dünyagörüşü zəngin gəncliyə iddia edə bilərik? Ona görə  Türkiyədə barda terror qurbanı olan qıza qarşı  bu gün Azərbaycanda mənəvi terror siyasəti həyata keçirilir.  Sanki ölənin ruhunu təhqir etməkdən ötrü ” ölür”, dəridən-qabıqdan çıxırlar. Məni Nuranə adlı o gənc  qızın bu cür dəhşətli  ölümündən də çox  millətinin namus-qeyrət dağarcıqlarının münasibəti məyus elədi. Hara gedirik? Bu cür məhdud düşüncəli insanları ilə  mənim Azərbaycanımın  dünya xəritəsində yeri hardadır görəsən? Ümumiyyətlə, elə bir yer varmı?  Tapsanız, xəbər edin.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info




loading...
Loading...