“Barselona” Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırdı

  • By admin
  • 23 Avqust 2017 08:18

neymar_2

Barselona” klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.

Gununsesi.info  xəbər verir ki, klub braziliyalı forvardın müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb.

“Barselona” bununla bağlı avqustun 11-də qaldırdığı məhkəmə iddiasını Fransa Futbol Federasiyasına və FIFA-ya göndərib. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb.

“Barsa” bildirir ki, Neymar iddianı təmin etməsə, qeyd edilən məbləği ödəməyə görə məsuliyyəti yeni klubu PSJ öz üzərinə götürməlidir.

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub.

Gununsesi.info