Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Tripolidə naməlum şəxslər hökumət başçısının kortejinə atəş edib. Hadisə zamanı 2 mühafizəçi yaralanıb.

Məlumata görə, kortejdə baş nazirin özü, Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyəti barədə məlumat verilmir.