Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

14 Noyabr 2017 - 18:00

“Başımı nəvələrim, nəticələrimlə qatıram, artıq aktriasalıq işini atmışam”- KÜBRA ƏLİYEVA

Əməkdar artist Kübra Əliyevanın Azərbaycanı tərk etməsi haqda xəbər yayılmışdı.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisanın Türkiyəyə qızının yanına köçdüyü bildirilmişdi.

Bu yaxınlarda keçmiş aparıcı İlham Mirzəyevin oğlunun ad günü mərasimində K.Əliyeva da yer alıb. Aktrisa əməkdaşımızla söhbətində heç vaxt Bakıdan getmədiyini deyib: “Niyə vətənimi tərk edim ki? Yalan yayılan xəbər idi. İndi də Türkiyəyə tez-tez gedirəm. Həm müayinə oluram, həm də qızımın yanında qalıram. Heç vaxt da Azərbaycandan getmərəm. Vətənindən gedənləri heç sevmirəm”.

Uzun müddətdir səhnədən uzaq qalan Əliyeva darıxdığımı etiraf edib: “Mənim üçün çətindir. Bu yaxınlarda “Bu şəhərdə”nin konsertində səhnəyə çıxdım. Tamaşaçılar məni ayaqüstə alqışladı. Adamın ürəyi parçalanır. Amma istirahət etmək mənim də haqqımdır. 68 yaşım var, mənə də dincəlmək lazımdır. Hələ onkoloji xəstəliyi olan birinə bu daha çox lazımdır. Başımı nəvələrim, nəticələrimlə qatıram. Mən artıq aktriasalıq işini atmışam”.

Gununsesi.info





loading...