Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

16 İyul 2017 - 00:07

Bastiliyanın alınması günü 900-ə yaxın avtomobil yandırıldı- FOTO

bastilya

Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçirilən mərasimlər zamanı yüzlərlə avtomobil yandırılıb, 370-ə yaxın insan saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Parisien qəzetinin Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, iyulun13-14-də ümumilikdə 897 avtomobil yandırılıb. Asayiş keşikçiləri 368 nəfəri saxlamalı olublar. Ötən il isə bundan bir qədər az – 855 maşın yandırılmış, 577 nəfər saxlanılmışdı.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, bütün ölkə üzrə yüksək təhlükəsizlik tədbirlərinin görülməsi bayramın nisbətən sakit keçirilməsinə imkan yaradıb. Belə ki, yalnız Parisdə təhlükəsizliyi 11 min nəfər polis qoruyub. Fransa paytaxtının mühafizəsinə, həmçinin Sena sahillərində keşik çəkən 6 çay gəmisi və pilotsuz Reaper uçuş aparatı cəlb olunub.

Gununsesi.info





loading...