Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq - SƏRNİŞİN QATARLARINA HƏR GÜN 15-Ə YAXIN ƏLAVƏ VAQON QOŞULACAQ

  • By admin
  • 22 İyun 2017 14:40

Qatar masinist

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinidən Gununsesi.info-ya verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Ramazan bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəlcədən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Gununsesi.info