Bayram günlərində yol qəzaları – 11 NƏFƏR ÖLÜB, 52 NƏFƏR YARALANIB

  • By admin
  • 25 Mart 2017 10:18

QEZA

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

Gununsesi.info