Bayram günü baş verən yol qəzaları – 5 ölü, 9 yaralı

  • By admin
  • 29 May 2017 13:28

 qeza252

 

28 May-Respublika günündə Azərbaycanın yollarında baş verən qəzalarda 5 nəfər ölüb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ötən gün ölkədə 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 9 nəfər xəsarət alıb.
Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.

 

Gununsesi.info