Bayram sonrası pəhriz

  • By admin
  • 24 Mart 2017 14:24

unnamed (6)

Mart ayı qadınların və ümumiyyətlə,  insanların ən çox kilo aldığı aydır. Çərşənbələr, ilaxır çərşənbələr, ən başlıcası isə Novruz bayramında evlərdə,  qonaq dəvət edildiyiniz süfrələrdə kalorilər fəqan edir.  Bəzilərimiz hətta deyirik ki, əşşi, bayram bitən kimi pəhrizə oturacam. Niyə axı bayram süfrəsindəki ləziz təamlardan dadmayım ki? Lakin bayram günlərinin nüsbət tərəfləri olduğu kimi, sağlamlığa ziyan vuran mənfi tərəfləri də var.  Bəziləri hətta belə günlərdə daha çox  yatmağı düşünür. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır.

Gununsesi.info-nun xəbərinə görə, özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn,  bayram günlərində və ondan sonrakı bir neçə gündə günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Şirniyyatı  yaşıl  və bitki çaylarıyla  içsəniz  məsləhətdir.  Yaşıl çaya və darçın çubuğu ilə hazırlanmış dəmləmələrə üstünlük verin.

Bayramdan sonra  bədəninizdə yığışmış slaklardan xilas olmaq üçün aşağıda qeyd edilənlərə mütləq əməl edin:

  1. Yüngül, tərəvəz bulyonunda hazırlanmış şorbalara üstünlük verin.
  2. Uyğun detokslardan istifadə edin.
  3. Bol su için.
  4. Gündə ən azı 20 dəqiqə sürətlə yeriyin.
  5. Yeməkləri kiçik porsiyalarla qəbul edin.
  6. Axşam saat 16-dan sonra qida qəbulunu dayandırın.
  7. Televizor qarşısında əyləşib çərəzdən istifadəyə son verin.
  8. Menuyə daha çox kələmli, koklü, çügündurli, kərəvizli,  balqabaqlı şorbalar və  salatlar daxil edin.
  9. Yuxunuza diqqət edin.

Gülnaz Qənbərli

Gununsesi.info