Bayraq Meydanı İdarəsi naziri məhkəməyə verdi - ETİBAR PİRVERDİYEVİN HOLDİNQİNDƏN 1.5 MİLYON TƏLƏB OLUNUR

  • By admin
  • 11 Oktyabr 2017 11:58

etibar

Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsində bayraq dirəyini tikən “Azenco” şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edib.

Gununsesi.az bildirir ki, Bayraq Meydanı İdarəsi “Azenco” holdinqə qarşı 1 milyon 358 min manatlıq iddia qaldırıb.

Qeyd edək ki, “Azenco” şirkəti  “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.

Onu da nəzərinizə çatdıraq ki, bu qüllənin və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu.

azenco

Gununsesi.az