VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

22 Avqust 2017 - 18:45

5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəy açıqlandı- 2 HƏKİM CƏZALANDIRILDI

sehiyye-nazirliyi

Sumqayıtda 5 yaşlı qızın quduzluq xəstəliyindən ölümü ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, quduzluq xəstəliyi hadisəsi yaradılan müvafiq komissiya tərəfindən araşdırılıb və qərarlar qəbul edilib:

“Sumqayıtda baş vermiş quduzluq xəstəliyindən ölüm hadisəsinin araşdırılması nəticəsində əldə olunan məlumata əsasən, xəstə, 2012-ci il təvəllüdlü Mikayılzadə Zeynəb Elçin qızı xəstəxananın zədə məntəqəsinə 31 iyul saat 16:30-da valideynləri tərəfindən gətirilib. Daxil olarkən şikayətləri baş və üz nahiyəsindəki qanaxma və ağrıdan olub. Valideynlərinin deməsinə görə, uşağı təxminən yarım saat əvvəl naməlum iş dişləyib. Uşağa zədə məntəqəsində anterabin vaksin və tetanus əleyhinə anataksin vurulub, uşaq travmatoloji şöbəsinə qəbul edilib. Daxil olarkən diaqnoz başın, üzün dişlənmiş yaraları olub, ilkin yardım göstərilib. Müvafiq müalicə olunub, yaralar işlənilib, ağrıkəsicilər, simptomatik vasitələr vurulub, zəruri vaksinasiya aparılıb, laborator analizlər götürülüb. Sonrakı 4 gündə uşağın vəziyyətinin yaxşılaşması müşahidə olunub. 1-2 avqust tarixlərində uşağa şöbə müdiri ilə birgə baxış keçirilib və təyinat verilib. 3 avqust tarixində uşağa ikinci dəfə anterabin zərdab vurulub. 4 avqust tarixində uşağın vəziyyətinin kafi olduğu qeyd edilib, yaralarında qranulyasiya getməsi göstərilib. Valideynlərinin təkidi ilə uşaq evə yazılıb. Poliklinikanın travmatoloqu, pediatrının müalicəsi tövsiyə edilib. Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən zərdabın vurulması üçün Bakı Klinik Tibbi Mərkəzə göndəriş verilib və orada vaksinasiya edilib. 14 avqust tarixində valideynlər uşağın narahatlığı və bədən hərarətinin bir neçə gün ərzində yüksəlməsi ilə əlaqədar Sumqayıt uşaq travmatoloji şöbəsinə müraciət ediblər. Həkim infeksionistlə birgə konsultasiya aparılıb. Bakı şəhər 1 nömrəli yoluxucu xəstəxanasının baş həkimi ilə razılaşmaya əsasən, uşaq oraya hospitalizasiya olunub. Uşaq 17 avqust tarixində həmin xəstəxanada quduzluq xəstəliyindən dünyasını dəyişib”.

Qeyd olunub kİ, bu hadisə ilə əlaqədar Sumqayıt şəhər Tibbi Şurasında geniş müzakirə aparılıb. 18 avqust tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinləri və şəhərin digər təşkilatlarının iştirakı ilə bu hadisənin geniş müzakirəsi keçirilib və şəhərdəki sahibsiz itlərin zərərsizləşdirilməsi barədə qərar qəbul edilib.

Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideynlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Poliklinikasına xəstə uşaq üzərində nəzarət olunması üçün bildiriş verilmədiyinə görə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət, şöbə müdiri Məharət Xasayevə isə töhmət verilib.

Bundan əlavə qərar alınıb ki, kütləvi informasiya vasitələrində quduzluq xəstəliyi barədə əhalinin maarifləndirilməsi üçün həkimlərin çıxışları təşkil edilsin, şəhərdə sahibsiz itlərin çoxluq təşkil etməsi və onların əhali üçün təhlükə törətməsi ilə əlaqədar Sumqayıt şəhər İcra  Hakimiyyəti və şəhərin digər müvafiq təşkilatları qarşısında məsələ qaldırılsın.

Gununsesi.info




loading...
Loading...