“Beşiktaş” Azərbaycana gəlir

  • By admin
  • 22 Avqust 2017 12:10
599be5e9f3001_5083272
İstanbulun “Beşiktaş” futbol klubu Azərbaycana gələcək.
Gununsesi.info xəbər verir ki, “Beşiktaş” gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, “qara qartallar” 3 günlük Azərbaycana gələcək.
Hazırda “Beşiktaş” rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.
Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.

Gununsesi.info