Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

23 Noyabr 2017 - 21:29

Beynəlxalq Vəkillər Assosiasiyası Yalçın İmanov barədə verilən qərarın ləğvini tələb edir

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasını dərhal insan haqları üzrə vəkil Yalçın İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə noyabrın 20-də verilən qərarını ləğv etməyə və onun peşəkar vəkillik fəaliyyətinə şərait yaratmağa çağırır.

Təşkilat xatırladır ki, İmanov bir sıra siyasi fəalları müdafiə edib.

Vəkillər Kollegiyasının bu qərarı İmanovun müvəkkillərini təmsil etməsinə və onun hüquqi vəzifələrini tam şəkildə yerinə yetirməsinə mane olur.

“Vəkillər Kollegiyasının əsas funksiyası hüquqşünasların maraqlarını müdafiə etməkdir. Amma Azərbaycanda hüquqşünasların qorunması və təminatları sahəsində ciddi çatışmazlıqlar var. Vəkillər Kollegiyasının hərəkətləri bir daha göstərir ki, o, müstəqil bir qurum deyil, hökumətin bir qolu kimi fəaliyyət göstərir. İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalır”,-deyə IBAHRI həmsədri Yens Korell bildirib.

“İmanov peşə öhdəliklərini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır. Biz cənab İmanovun vəkillik səlahiyyətlərini təcili bərpa etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.

Gununsesi.info