Beynəlxalq Bankdan jurnalistlərə maraqlı jest -FOTOLAR

  • By admin
  • 27 İyul 2017 12:59

master-klas2

Dünən Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə “Peşəkar jurnalist olmağın sirləri” mövzusunda media nümayəndələri üçün master-klass təşkil olunmuşdur.

Gununsesi.info xəbər verir ki, tədbirdə 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisləri iştirak edib.

Master-klassı isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze aparıb.

Master- klass bu günlərdə milli mətbuatımızın 142-ci ildönümünü qeyd etmiş media nümayəndələrinin peşə bayramına Bankın özəl hədiyyəsi idi.

master-klass

Vüsalə 

Gununsesi.info