BTMİ fondu ilə nazirlik arasında əməkdaşlıq müzakirə olunub

  • By admin
  • 22 Fevral 2018 12:42

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyevlə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb.

Qazaxıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Günay Əfəndiyeva Fondun məqsədləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib. Kuatjan Ualiyev Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib, gələcək layihələrə dəstək olacaqlarını bildirib.

Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Gülnaz Qənbərli
Gununsesi.info