Beyons yeni villa aldı- 26 milyona

  • By admin
  • 23 Sentyabr 2017 21:45

134267_wnp2wj8p9f
Beyons və 47 yaşlı Cey Zipereehal 2 aydır övladları ilə birlikdə Los-Ancelesin ən məşhur Bel-Eyr ərazisində yaşayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün daha bir villa aldığı ortaya çıxıb. Bu dəfə onlar İst-Hampton ərazisini seçiblər.

Beyons və Ceyin yeni evinin qiyməti 26 milyon dollardır. 4 hektar ərazisi olan malikanin həyətində göl də var. Villada 7 yataq, vanna otağı, mərmərdən hazırlanan zal var. Həyətdə ayrıca qonaq evi də tikilib. Onun içərisində isə mətbəx, iki yataq və vanna otağı var.

 

Gununsesi.info