Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

20 Sentyabr 2017 - 13:00

Biləsuvarda ağır qəza:5 NƏFƏR ÖLÜB (SİYAHI)

qeza

Biləsuvarda daha bir dəhşətli qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər  təfərrüatları müəyyənləşdirilir.

***

“Report”un xəbər verir ki, həlak olan 4 nəfərdən ikisinin adı məlum olub.

Onlar Lənkəran sakinləri Qasımov Samir Əzizulla oğlu və Nəsirov Çingiz Xudaverdi oğludur.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəhşətli qəzada həlak olanların sayı 5-ə çatıb.

Dünyasını dəyişən digər 3 nəfərin adı da məlum olub. Onlar Əhmədov Mahir Bəşir oğlu,  İlhamə Kazımova və Pəri Əhmədovadır.

Gununsesi.info





loading...