Biləsuvarda mikroavtobus aşdı – 22 nəfər yaralandı+ Yenilənib

  • By admin
  • 19 Sentyabr 2017 22:28

59b64d27cc7c6_1mikroavtobus3
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun “Report”a istinadən məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Gununsesi.info