Bir çox dərdə dərman olan meyvə

  • By admin
  • 19 Avqust 2017 07:30

photo_46808

Zoğal ağacı həm kol və həm də ağac şəklində olur. Meyvəsinin rəngi qırmızıdır, dadı isə turş və bir qədər şirindir. Zoğal ağacı təxminən 300 il ömür sürür.

Bu meyvənin tərkibində dəmir, kalsium, fol turşusu, C, B2, B1, E vitamini vardır. Bu dadlı meyvənin kalorisi azdır. Bu meyvənin tərkibində 17% anti-oksidan vardır ki, çox sayda xəstəliklərə müqavimət göstərər.

Zoğal xərçənglə mübarizə aparar

Zoğal ağciyər, bağırsaq xərçənginin qarşısını alar və xərçəng hüceyrələrinin artmasının qarşısını alar. Bu meyvədən kamil şəkildə bəhrələnsək, xərçəng xəstəliyindən uzaq olarıq.

Zoğal ürək xəstəliklərinə qarşı faydalıdır

Zoğal elə bir meyvədir ki, ürək xəstəliklərinin qarşısını alır. Zoğalın tərkibində olan anti-oksidanlar adətən qara rəngli tərəvəzlərin və meyvələrin tərkibində olan anti-oksidandır. Bu anti-oksidanlar həmin xəstəliklərin yaranmasının qarşısını alır.

Zoğal sidik yollarının infeksiyası və böyrək daşları üçün faydalıdır

Zoğal sidik yollarının infeksiyasını aradan qaldırmağa yardım edər. Səbəbi budur ki, zoğal sidiyi turşuya çevirir və əks bakteriyası olan hyuburik turşusuna çevrir. Bu maddə ancaq zoğalda olur. Bakteriyaların bir-birinə yapışmasının qarşısını alar və infeksiyanı aradan qaldırır. Başqa sözlə desək, zoğal bakteriyanın bədəndən çıxmasına səbəb olar və onu artmağa qoymaz. Zoğal böyrək daşları üçün də faydalıdır. Zoğalın turşuya çevirmək xasiyyəti daşları əridər və bakteriyaların böyrəyin divarlarına yapışmasına mane olar.

Zoğal çəkini azaldır

Zoğal çəkini azaldar. Bədəndəki insulinin miqdarını tənzim edər. Bu maddə bədəndə toplanan piyləri əridər. Bundan başqa bədəndə toplanmış zəhərli maddələri xaric edər.

Zoğal ishalı aradan qaldırar

Zoğal bədəndə infeksiyanın aradan qalxmasına yardım edər. Zoğal ishalı yaxşılaşdırar. Bir xörək qaşığı zoğalı bir stəkan suda qarışdırıb, 15 dəqiqə qaynadın. 15 dəqiqə dəm almaq üçün buraxın. İki gün ondan için və ishala yardım edər.

Gununsesi.info