Bir tərəfi alman olan tanınmış azərbaycanlılar: Mələkxanım Əyyubova, Leyla Yunus, Ziyafət Əsgərov, Vəli Məmmədov...

  • By admin
  • 16 Yanvar 2017 17:25

alman

Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyətində həmişə almanlara, Almaniyaya rəğbət, isti münasibət olub.

Hətta, İkinci Dünya Müharibəsi (Böyük Vətən Müharibəsi) zamanı döyüşlərə qatılan 600 mindən çox azərbaycanlıdan 450 mininin həlak olması, əsir, girov, itkin düşməsi, məlum sovet-rus ideologiyası, təbliğat-təşviqat kampaniyası belə sıravi və sadə azərbaycanlılarda almanlara olan isti münasibəti dəyişə bilmədi.

Baxtiyar Vahabzada

Vaxtilə BDU-nun (keçmiş Kirov adına ADU-nun) filologiya fakültəsinin tələbələrindən olmuş bir nəfər tanınmış Azərbaycan dili və ədəbiyyatı müəlliməsi danışır ki, universitetdə oxuyan zaman İstiqlal mücahidi, Xalq şairi Bəxtiyar Vahabzadə onlara dərs deyirmiş.

Mühazirələrindən birində qəfildən və gözlənilmədən əsəbləşən Bəxtiyar müəllim “Axı, nə qədər yalan danışmaq, yazmaq olar?! Müharibədə təkcə elə bizimkilər, sovet insanları öldürülüb, məhv edilib? Heç rusların, sovetlərin, bizimkilərin günahı olmayıb? Bəs haqsız yerə öldürülən, əsir, girov götürülüb “ölüm düşərgələri”ndə inlədilən alman insanı məgər insan deyil? Onlardan bəs kim yazacaq, danışacaq?”-deyib.

“İnanın ki, bu sözlərdən sonra otağa bir anlıq sükut çökdü, hamımız bir-birimizin üzünə çaşqınlıq, qorxu, təlaş hissi ilə baxdıq.  Çünki Bəxtiyar müəllimin ağzından, necə deyərlər, “qan iyi” gəlirdi… Hamımız da özümüzdən daha çox, ona görə narahat idik…Narahat idik ki, bu dəqiqə içəri girib, onu həbs edəcəklər…Amma rəhmətlik Bəxtiyar müəllim heç tövrünü belə pozmadı, dediyi sözlərdən də məmnunluq duyduğu üzündən, gözlərindən bəlli idi“-deyə, o, sonra sözlərinə əlavə edir.

Qeyd edək ki, almanlara bu isti münasibət də səbəbsiz deyil, bunun tarixi hələ 19-cu əsrin əvvəllərinə gedib çıxır.

Belə ki, 19-cu əsrin əvvəllərində Şimali (indiki) Azərbaycanın Şimal-Qərb, konkret olaraq, Şəmkir-Gədəbəy-Göygöl (Helenendorf) bölgəsinə köç edən alman ailələri öz təmizkarlıqları, dəqiqlikləri, qanunpərəstlikləri ilə Azərbaycan insanında rəğbət yarada biliblər. Xüsusilə də, onların yaşadıqları ərazilərdə yüksək səliqə-səhmanlıqları, yüksək memarlıq və arxitektura yaradıcılığı keyfiyyətləri azərbaycanlıların yaddaşında dərin izlər buraxıb. Və sonradan bir neçə alman ailəsi istisna olmaqla, almanların böyük əksəriyyətinin Azərbaycandan öz vətənlərinə köçmələrinə baxmayaraq, bu gün də onların yaxşı mənada izləri, xoş xatirələri  Azərbaycanda, adıçəkilən bölgələrdə yaşamaqda,  qalmaqdadır.

vaqif samedoqlu

Hətta, təsadüfi deyil ki, 2008-2009-cu illərdə Xanlar (indiki Göygöl) rayonunun adı dəyişdirilən ərəfədə  Xalq şairi, İstiqlal mücahidlərimizdən olan millət vəkili Vaqif Səmədoğlu səslənən bütün variantların əlyehinə çıxaraq, həmin bölgənin yenidən Helenendorf adlandırılması təşəbbüsü ilə çıxış etmiş və bildirmişdi ki, bununla Qarabağ məsələsində onsuz da Azərbaycan haqlı mövqeyini dəstəkləyən almanların və Almaniyanın birdəfəlik dəstəyini qazanmaq, ermənilərə böyük zərbə vurmaq olar.

Bu yerdə qeyd edək ki, istər sövetlər dövründə, istərsə də son 26 illik müstəqillik dönəmində Azərbaycan insanın böyük əksəyiyyəti həmişə Almaniyanın futbol üzrə milli yığmasına, həmçininn, Avroliqada oynayan “Bavariya”, “Borussiya” və sair klublarına azarkeşlik edir. Hətta, ötən əsrin 90-cı illərində Almaniya yığması növbəti dəfə finala çıxarkən həmin final oyununu izləyənlər arasında mərhum dövlət başçısı Heydər Əliyev və oğlu, indiki Prezident İlham Əliyev də olub.

heydar

Mərhum Heydər Əliyev AzTv ilə yayımlanan, yəni, Almaniya rəsmiləri ilə görüşündə həmin final oyununa toxunaraq gülə-gülə bunları demişdi:

“Almaniya yığması ilk hissədə uduzanda oğlum böyük həyəcan keçirirdi. Mən də dedim ki, oğlum, çox həyəcan keçirmə, bu, Almaniyadırsa, mütləq əvəzini çıxacaq və qalib gələcək. Elə mən dediyim kimi də oldu…Bu münasibətlə də bir daha Sizləri təbrik edirəm”.

Bunları xatırlatmaqda məqsəd odur ki, alman-azərbaycanlı, Almaniya-Azərbaycan ilişgiləri hər zaman (müəyyən istisnaları nəzərə almamaqla) yüksək səviyyəsini qoruyub-saxlaya bilib və hətta, bu ilişgilər ailə, nikah münasibətlərinə də təsir edib. Yəni, alman milliyyətindən olan insanlarla ailə quran, nikaha girən Azərbaycan vətəndaşları da az olmayıb. Və onların arasında bir sıra tanınmışlar da var.

leyla-arif-yunus

Həmin tanınmışlardan biri hazırda Hollandiyada yaşayan tanınmış hüquq-müdafiəçisi Leyla Yunusdur. Belə ki, o, ana tərəfdən almandır.

ziyafat-1

Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından və əslən naxçıvanlı olan hüquq elmləri doktoru, Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun bir tərəfi almandır. O da ana-nənə tərəfdən almandır. Bunu da bir neçə il öncə Bakı Ali Neft Məktəbində tələbələr qarşısında çıxışı zamanı Ziyafət Əsgərovun özü söyləmişdi.

ali1

Həmçinin, hakim partiyanın yaradıcılarından və qurucularından olan, hazırda həbs həyatı yaşayan Əli İnsanovun da almanlarla qohumluq əlaqələri var. Onun həyat yoldaşı milliyyətcə almandır. Xatırladaq ki, əslən Qərbi azərbaycanlı (əslində Dağ Borçalı mahalından) olan Əli İnsanovun doğulub boya- başa çatdığı Ləmbəli kəndində xeyli sayda alman yaşayıb və o da məhz öz kəndlərindən  olan alman qızı ilə nikah qurub…

vəli-məmmədov-240x300

Tanınmış partiya-sovet işçisi, sabiq millət vəkili, 20 Noyabr terraktının qurbanlarından olan mərhum Vəli Məmmədovun da bir tərəfi alman olub. Onun da anası milliyyətcə alman olub…

MELEKXANIM EYYUBOVA

Ünlü sənətçi, gözəl muğam ifaçısı, Xalq artisti Mələkxanım Əyyubovanın da alman qarışığı var. Onun da nənəsi milliyyətcə almandır…

Hələlik bununla kifayətlənirik…

Bu yöndə araşdırmamızı gələcəkdə də davam etdirəcəyik.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info