Xəbər verdiyimiz kimi, 49 yaşlı aktrisa Cennifer Enistonla 46 yaşlı aktyor əri Castin Teru boşanıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Cennifer boşanar-boşanmaz sosial şəbəkə istifadəçiləri onun yenidən keçmiş əri Bred Pitlə barışacağını yazıblar.
İzləyicilər qeyd ediblər ki, həm Bred, həm də Cennifer subaydır və son zamanlar da daha çox bir-biri ilə münasibətdə olmağa başlayıblar. Çox güman ki, bu səmimiyyət onların yenidən barışacağına yol açacaq.
Qeyd edək ki, Enistonla Pitt 2000-ci ildə ailə qurub, 2005-ci ildə ayrılıb. Boşandıqdan sonra aktrisa depresiyaya düşüb. Uzun müddət özünə gələ bilməyən Cennifer 2015-ci ildə Castinə ərə gedib.
Bred isə 2014-cü ildə Ancelina Coli ilə ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb.
Gununsesi.info