Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

14 Noyabr 2017 - 16:12

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?- TƏRCÜMEYİ-HAL

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib. Bu vəzifəni  Gündüz Kərimov icra edəcək.

Gündüz Kərimov kimdir?

Gununsesi.info xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, “Baker McKenzie” və onun Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kurslarını tədris edib.

G.Kərimov 2011-2014-cü illərdə BDU-nun hüquq fakültəsinin dekan müavini vəzifəsini icra edib.

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

Evlidir, iki övladı var.

Gununsesi.info





loading...