Bitkilərdən yanlış istifadə ciddi fəsadlar yarada bilər 

  • By admin
  • 23 Aprel 2017 13:39

robot bitki

 

İnsan sağlamlığı baxımından bitkilərin istifadəsi çox mühüm əhəmiyyətə malikdir. Ancaq bitkilərdən məsuliyyətsiz qaydada istifadə etmək olmaz, bunun fəsadları ola bilər.

Pişikotu (Valeriana)

Gununsesi.info deyerler.org-a istinadən bildirir ki, valeriana bitkisi əl əsməsi, yorğunluq, əzələ tutulması, sinə darlığı kimi narahatlıqlara yol açır.

Ağ öksəotu

Artıq istifadə olunduqda baş ağrısı, hipertoniya (yüksək təzyiq), yüksək hərarət, sinə ağrısı, allergik reaksiyalar, titrəmələr, koma və halusinasiya baş verə bilər.

Yemişan (Cəhri)

Yemişan uzun müddətli istifadə vaxtı kalium itkisinə səbəb olur. Hamiləlik və əmizdirmə dövründə istifadədən çəkinmək lazımdır. Yüksək dozada istifadə edilməsi isə böyrək qıcıqlanmasına səbəb olur.

Yulaf

Zülal tərkibi ilə bağlı məlumatları mövcud omadığı üçün seliakiya xəstəliyi olan şəxslər diqqətli şəkildə istifadə etməlidir.

Qaragilə

Ürək bulanması, qusma və ifrat həssaslıq təsiri verə bilər. Bu səbəbdən bir həftədən çox istifadə edilməməlidir.

Öküzotu (Arnika)

Öküzotu bitkisindən allergiyası olan şəxslər istifadə etməməlidir. Gözə və zədəli dəriyə tətbiqi tövsiyyə olunmur.

Paprika (sapalqlı istiotdan hazırlanan ədviyyat)

Hipotermiya, uzun müddət yüksək dozada istifadəsi qastrit, böyrək və qara ciyər pozuntuları və təsirləri baş verə bilər.

Səna (sənaməki)

Sənaməki bitkisinin həddindən artıq dozada isifadəsi bədəndə maye balansının pozulmasına səbəb olar. Bağırsaq keçməzliyi, bağırsaq xəstəliklərində apandisit və elektrolit çatışmazlığı halında istifadə edilməməlidir.

Uzun sarıkök (zərdəçal)

Zərdəçal öd kanalının tıxanıqlığı halında istifadə olunmamalıdır. Bununla yanaşı, mədə yarasında istifadə edilməsi tövsiyyə olunmur.

Qoxulu yonca

Dəridə iltihab, varikoz genəlməsi, hissetmə qabiliyyətini itirmə və ayaqlarda ani şişkinliyə səbəb olur.

Pisiyli ilankölgəsi

Pisiyli ilankölgəsi bitkisindən çox istifadə narahatlıq, baş ağrısı, qarın boşalması və köp kimi, həzm narahatlıqlarına səbəb olur. Eyni zamanda, dodaqlarda şiş yarada bilər.

 

Gununsesi.info