“Biz aktyorlar insanlıqdan çıxmışıq” - MƏLEYKƏ ƏSƏDOVA

  • By admin
  • 13 Dekabr 2017 17:46

“Bir gün ciddi obraz, ikinci gün komediya üçün səhnəyə çıxırdım. Biz aktyorlar insanlıqdan çıxmışıq, nə qədər tale yaşayırıq. Çox çətin obrazları canlandırıram. Beynimin sümüyü ağrıyır obrazları oynayanda”.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova “ATV kulis” verilişində deyib.

Aktrisa onu dəfələrlə qalmaqala çəkdiklərini söyləyib. O bildirib ki, bacardığı qədər söz-söhbətdən uzaq olmağa çalışır: “Hamısında gülüb keçirəm. Bunu kimdənsə çəkindiyim üçün etmirəm. Adıma, obrazlarıma hörmət edirəm. Səviyyəmi aşağı salıb, onlara cavab vermirəm. Heç kimin həyatına qarışmıram, içimdə böyük sevgi var. Mənim də işimə heç kim qarışmasın”.

Əsədova seriallara çəkilməməyinin səbəbini açıqlayıb: “Sənəti çox sevirəm, necə gəldi çəkilmək istəmirəm. Tək Məleykə ilə serialda iş bitmir. Obraz, aktyorlar, rejissor, texniki iş mənə uyğun olmalıdır. Hətta Türkiyədən də dəvət aldım. O demək deyil ki, qaça-qaça gedəcəm. Mən də serialda çəkilməyi arzulayıram. Amma hələ yox”.

Gununsesi.info