BMT Təhlükəsizlik Şurası təcili iclas keçirir - FRANSANIN XAHİŞİ İLƏ

  • By admin
  • 21 Yanvar 2018 16:20

Fransa Suriyada vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Fransa XİN rəhbəri “Twitter” sosial şəbəkəsində yazıb ki, Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir.

Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.

Gununsesi.info