“BMW” Bakıda tıxaca səbəb oldu

  • By admin
  • 27 Fevral 2017 20:40

tbilisi pr

 

Axşam saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, C.Məmmədquluzadə-Bakıxanov kəsişməsində “BMW” markalı minik avtomobili idarəetməni itirərək reklam şitinə çırpılıb.

Hazırda həmin ərazidə qəza səbəbindən tıxac müşahidə olunur. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının iştirakı ilə avtomobilin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

 

Gununsesi.info