VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

22 Avqust 2017
21 Avqust 2017

14 Oktyabr 2016 - 14:47

Bobun Nobeli-AFƏT TELMANQIZI YAZIR

 

Afet Telman

Bir neçə gündür ki, Nobel aranı qarışdırıb. Hər kəs, hər yerdə ondan danışır, onu müzakirə edir. Nobelin ölümündən sonra qalmış kapitalla təsis edilən mükafat hər il təqdim olunanda və qaliblər bəlli olanda əksəriyyətin beyninin sağ yarımkürəsini bir sual qurcalayır. Axı niyə azərbaycanlılardan kimsə Nobelə layiq bilinmir? Bu sualı “Axı o əjdahadan niyə bizdə yoxdur?” sualına oxşatsaq, bundan sonra gələn cavab da o olacaq ki sənə əjdaha lazımdır? Bəli bizə əjdaha lazımdır. Bizə Nobelı alacaq azərbaycanlı lazımdır. Kapitalını Azərbaycan nefti ilə zənginləşdirən Nobel qardaşlarının da ruhu yəqin ki o zaman şad olardı ki Azərbaycandan da kimsə Nobel alsın.

115 ildir ki, Nobel mükafatı verilir. 1 əsrdən çoxdur ki, Azərbaycan Nobel gətirəcək sakinini gözləyir. Amma Nobel qardaşlarının ruhunu şad edəcək bir kimsə tapılmır ki tapılmır. Nəticədə gücümüz başqasının pulunu, Nobelini saymağa çatır. İndi də yazıq Bob hədəf seçilib. Özü ona yazıq dediyimi eşitsəydi yəqin narazı qalardı. Yazıq mənim düşmənim olsun deyərdi. Bir tərəfdən də ki niyə yazıq olur e. Kişi məşhuri cahan oldu. Ədəbiyyat üzrə Nobelin sahibi oldu. Alacağı mükafatın məbləğindən isə danışmaq istəmirəm. Bu da başqasının pulunu saymaqla aramın olmadığından irəli gəlir. Əl qərəz. Başlayıblar ki, musiqiçi Bob Dilan hara Nobel hara? Ay başınıza firlanım. Bizdən hansı musiqiçi el arasında da manıs deyilən hansı Allah bəndəsi Nobel almaq qabiliyyətində oldu ki? Nobel qardaşlarının ruhu da ona mane olsun. Bəlkə Niyaməddin müəllim, ya Baloğlan müəllim ala bildi Nobeli ona Nobelı verən olmadı? Elə bilməyin ha adlarını çəkdiklərimlə qəsdi-qərəzliyim var. Ay töbə. Sadəcə ikisi Bobla həmyaşıd olduqlarından, öz “kruqların”da Bob qədər məşhur olduqlarından onların adın çəkdim.

Azərbaycandakı müğənnilərinsə sayı-hesabı yoxdur. Sözüm onların hər birinə aiddir. Oqlum sənə deyirəm kürəkənim sən eşit. Odur ki, çox hay- küy etməyin.

Səs salmayın ki, niyə musiqiçi Boba Nobel verirler, bizim musiqiçilərə yox. Nobellərin də ruhunu narahat etməyin səsiniz, narazılığınızla.

Hamınız Bob olun Müğənnilərimiz! Onda danışarıq!!!

Afət Telmanqızı




loading...
Loading...