Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

17 Oktyabr 2017 - 12:28

Bölgələrdəki bu dövlət müəssisələri özəlləşdirildi

emlak_harrac_050917_02

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Gununsesi.info-ya verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq, 17 min manata özəlləşdirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə 6 min 500 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla, investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1300 kv.m-ə yaxın, torpaq sahəsi isə 3 min kv.m-dən çoxdur.

Gununsesi.info





loading...