XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 20:37

Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib – YENİLƏNİB

15078206383013238782-1000x669
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

**** 17.30

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfər edəcək.

APA-nın məlumatına görə, səfər zamanı R. Radev Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Qonağın bir sıra digər görüşləri də nəzərdə tutulur.

 

Gununsesi.info




loading...
Loading...