“Boşanandan sonra nə istəyir, eləsin”

  • By admin
  • 26 İyul 2017 11:42

127951_npmut3n5qx

Basketbolçu əri İbrahim Kutluayın xəyanətindən sonra boşanmağa qərar verən keçmiş model Demet Şener yaxın rəfiqəsi, model Ebru Şallının evli biri ilə sevgili olmasına münasibət bildirib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ebrunun 10 ildir Qonca Akkuşla evli olan iş adamı Uğur Akkuşla münasibətdə olması Demetin xoşuna gəlməyib:

“Başqasının həyatına qarışmıram. Kimisə nədəsə ittiham etmək mənə görə deyil. Mən öz başıma gələn xəyanətə qarşı çıxaraq dik dayanmışam. Əlbəttə, evli adamların başqaları ilə sevgili olması doğru deyil. Boşansın, sonra nə istəyir eləsin”.

Xatırladaq ki, Qonca Akkuş əri ilə birlikdə olduğu üçün Ebru Şallını məhkəməyə verib.

Gununsesi.info