Boşanmaların sayı artıb

  • By admin
  • 22 Avqust 2017 12:40

1430285246

Boşanmaların sayı artıb. Nikahların sayı isə 2013-cü ilə nisbətən 1.3 dəfə azalıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə istinadən xəbər verir ki, 2016-cı  ildə Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma hadisəsi qeydə alınıb.

Belə ki, bu, nikahların sayının 2013-cü ilə nisbətən 1.3 dəfə azalması, boşanmaların isə 1.12 dəfə artması deməkdir.

Göstəricilərə görə, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28.6-ya, qadınlarda isə 24.1-ə bərabər olub. Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.

Gülnaz Qənbərli

Gununsesi.info