Böyrək daşını təmizləyən pulsuz vasitə

  • By admin
  • 18 Fevral 2017 12:22

qoza

Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalı imiş.

Gununsesi.info qozanın bilmədiyiniz faydalarını təqdim edir. Bu məlumatı oxuyanda siz də təəccüblənəcəksiniz.

Böyrək qumları və iltihab

Qozaları qaynadıb, balla dadlandıraraq için. Böyrək daşı və qumun təmizlənməsində kömək olur.

Səs tutulması

Təzə yetişən qozanı qaynadıb, balla dadlandıraraq isti halda içmək, yaxud qarqara etmək səs tellərindəki zədələnməni aradan götürür.

Qastrit

Qoza yarpaqlarını qaynadıb balla qarışdırın və için. Mədəyə faydalıdır.

Diş ağrısı

Qozanın qabığını sirkə ilə qaynadıb qarqara edin. Dişinizin ağrısı kəsəcək.

Yara sağaldan

Qoza qabıqları üyüdülüb yaraların üzərinə sürtsəniz, daha tez sağalar.

Qan təmizləyici

Qoza tumurcuqlarını, təzə yarpaqlarını qaynadıb balla dadlandırdıqdan sonra için. Qanı təmizləyəcək.

Öskürək

Qoza tumurcuqlarını qaynadıb balla dadlandırın və isti halda için. Öskürəyi kəsir.

Qaraciyər ağrısı

Qoza yarpaqları və qabıqlarını qaynadıb soyuq halda içmək qaraciyər bölgəsindəki ağrını yüngülləşdirir.

Astma, bronxit

Qoza yarpağı sinir otu ilə birlikdə qaynadılıb balla dadlandırılaraq içilərsə, astma, bronxit nəfəs darlığı kimi problemləri yüngülləşdirə bilər.

Arıqladır

Qoza yarpaqlarını qaynadıb balla dadlandırın  və ilıq halda ac qarına için. Arıqlamağa kömək edir.

Gununsesi.info