VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

17 Avqust 2017 - 20:00

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

neft1

2017-ci ilin birinci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Gununsesi.info xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə “BP Azərbaycan”ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə 6 azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.

İşçilərin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Gununsesi.info




loading...
Loading...