BQX-dən meyiti ermənilərdə qalan əsgərimizlə bağlı yeni açıqlama

  • By admin
  • 23 Yanvar 2017 12:38

cingiz-qurbanov

Beynəlxalq sərhəddə baş vermiş hadisə zamanı həlak olmuş azərbaycanlı əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir.

Gununsesi.info Modern.az-a istinadən məlumat verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova qeyd edib ki, tərəflər razılaşacağı təqdirdə Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır.

2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu iləAzərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz  Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.

Gununsesi.info