BQXK hərbçilərimizin meyitlərini döyüş meydanından çıxarılması barədə məlumat yaydılar

  • By admin
  • 27 Fevral 2017 18:25

bqxk

Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.

Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşi döyüş meydanında qalmışdı.

Gununsesi.info