Brilliant Dadaşova Fədayə Laçına görə Mehriban Əliyevaya MÜRACİƏT ETDİ

  • By admin
  • 22 Noyabr 2017 18:20

Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib. 

Gununsesi.info xəbər verir ki, xalq artisti Mehriban xanım Əliyevaya müraciətdə bunları deyib:

“Çox təəssüf edirəm ki, bir çox insanlar göz yaşlarından, ah-naləsindən istifadə edərək gündəmə gəlmək istəyirlər. Haqlısız, deyir siz ki, bütün vətəndaşlar üçün qanun eynidir, hamı törətdiyi cinayət üçün cəzasını çəkməlidir.  Bir həftəlik müşahidələrimdən görürəm ki, Fədayə Laçını tanımasam da görürəm ki, o, heç bir cinayət törətməyib. Sadəcə onun bir səhvi lazım olmayan anda, lazım olmayan yerdə olmasıdır.

Fədayə Laçın tanınmış müğənni olduğu üçün, qadın olduğuna görə, çarəsiz vəziyyətə düşdüyünə görə minlərlə insanın bu və ya digər səbəbdən hansısa məqsəd güdərək onun üzərinə hücum etdiyini görüb mən də susa bilməzdim. Onun üçün də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdim. İmkanım olsaydı qəbuluna gedərdim. Amma onun vacib dövlət işləri olduğu üçün, onun dəyərli vaxtını zəpt etməyə haqqımız yoxdur. Diqqətiniz üçün çox sağ olun minnətdaram”.

Gununsesi.info