Brilliant Dadaşovadan İlhamə Quliyeva ilə bağlı şok açıqlama: “TELEKANAL RƏHBƏRİNİN YANINA GİRİB...” - VİDEO

  • By admin
  • 17 Yanvar 2018 15:14

“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox idi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib.

Həmkarından söz açan sənətçi maraqlı açıqlamalar verib: “Mən onu təriflədikcə o, məni pisliyirdi. Ona görə də belə fikirləşirəm ki, heç kim heç kimi pisləməsin. Vallah 5 günlük dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram bitdikdən sonra, telekanalın sədrinin yanına gedib deyib ki, neynirsən e bu verilişi, bağla getsin”.

Gununsesi.info