“Brit Awards” mükafatının sahiblərinin adları açıqlandı

  • By admin
  • 22 Fevral 2018 09:00

Londonda 38-ci “Brit Awards” müsabiqəsi laureatlarının mükafatlandırma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, “Ən yaxşı kişi ifaçı” adına reper STORMZY layiq görülüb. “Ən yaxşı qadın ifaçı” Dua Lipa olub. “Ən yaxşı qrup” adına isə “Gorillaz” qrupu layiq görülüb. “Ən yaxşı videoçarx” nominasiyasında Harri Staylz (“Sign Of The Times”) qalib gəlib. Rag’n’Bone Man-in ifasındakı “Human” “İlin ən yaxşı mahnısı” seçilib.

Gununsesi.info