Britaniya Kral ailəsinin geyim ənənələri -FOTOLAR

  • By admin
  • 20 İyul 2017 15:36

kral

Kraliçanın rəngbərəng paltolarından tutmuş Cambridge hersoginiyasının taclarına qədər Britaniya kral ailəsi üzvlərinin əyinlərində daşıdığı geyimlər bir çoxunu heyran edir.

Gununsesi.info xarici mətbuata istinadən məlumat verir ki, kral ailəsinin pərəstişkarları heç vaxt şahzadə George-u Spiderman maykasında və ya Catherine-i idman geyimində görməyib.

Kral ailəsi üzvləri, ictimai mərasimlərdə əlcəklər, hərbi formalar və cins şalvar əvəzinə ətəklər geyməyin mühüm olduğu etiket qaydalarına əməl edirlər.

Onların riayət etdiyi dress kodu sizinlə bölüşürük.

Kraliça nə vaxt şlyapa geyinir

The Queen wearing a yellow floral hat

Kraliçanı ictimai tədbirlərdə al-əlvan və cəsarətli şlyapaları ilə görməyə alışmışıq.

Dress kod etiketində göstərilir ki, qadınlar rəsmi mərasimlərdə şlyapa geyinməlidirlər, İngilis Davranış Etiketi Məsləhətxanasının baş müəlliməsi Diana Mather deyir.

“1950-ci illərə qədər xanımlar nadir hallarda ictimaiyyət arasında şlyapasız görünürdülər, çünki, saçın görünməsi “münasib” qəbul olunmurdu.

“Fəqət, hər şey dəyişib və artıq şlyapalar daha rəsmi tədbirlər üçün nəzərdə tutulur.”

Kraliçanın ötən ay Parlamenti açıq elan edərkən geydiyi şlyapa sosial mediada müzakirəyə səbəb olmuşdu.

#QueensSpeech hashtagindən istifadə edərək bir çox istifadəçilər onun güllü mavi şlyapasını Aİ bayrağı ilə müqayisə etmişdilər.

Niyə şahzadə George yalnız şort geyinir

Two images of Prince George wearing shorts

Yaşıdlarından fərqli olaraq, şahzadə Geroge-u hələ də sevimli televiziya qəhrəmanının şəkili olan mayka və ya şalvar geyinən görməmişik.

Mütəxəssislər deyirlər ki, bunun səbəbi azyaşlı şahzadələrin ictimaiyyət arasında rəsmi geyimdə olması ənənəsidir.

Şahzadə George-u isə adətən klassik şort və köynəkdə görürük.

Ali Eşikağası (The Royal Butler) kimi də tanınan etiket üzrə mütəxəssis Grant Harrold-a görə, ənənənin 16-cı əsrə dayanan yaşı var.

“Ənənəyə əsasən, səkkiz yaşına qədər olan oğlan uşaqları xələt və ya don geyinmək məcburiyyətində idilər.

“Xoşbəxtlikdən 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində geyimlər şortlarla əvəzləndi və indiyə qədər kral ailəsi tərəfindən buna riayət olunur.”

Kraliça və əlcəkləri

The Queen shaking hands with jockey James doyle

Özünə qarşı sayğısı olan heç bir qadın əlcəksiz görünməz, @TheRoyalButler Twitter hesabı ilə etiket məsləhətləri paylaşan Cənab Harrold deyir.

Əlcəklər ənənəvi olaraq dəbin bir hissəsi olmaqla yanaşı, praktiki məqsəd də daşıyıb: mikrobların yoluxmasının qarşısını alır.

Kraliçanın hər il yüzlərlə insanın əlini sıxdığını nəzərə alsaq, əlcəklər dəbdən əlavə, onu bakteriyalardan qorumaq məqsədini daşıyırlar.

“Gəlin unutmayaq ki, hər görüşə əlcəklə getmir. Yəni bu, onun geyimindən, harada olmasından və nə etməsindən asılıdır,” Cənab Harrold əlavə edir.

Gündəlik tərz

Prince William and Kate Middleton wearing casual clothing

Cambridge hersoq və hersoginiyasının təklikdə necə geyindiyi heç kəsə bəlli deyil.

Ancaq, gündəlik geyimlə ictimaiyyət arasına çıxmaq üçün də xüsusi qaydalara əməl olunmalıdır.

Xanımlar üçün ciddi don və ya şalvarı tamamlayan pencək və ya jaket münasib sayıldığı halda, bəylər üçün yaxalıqlı gödəkcə üzərindən nazik pambıq köynək və chino şalvar məqbul hesab olunur.

Şahzadə William və Catherine də bu ənənəvi üsula əməl edirlər, amma, bəzən cins şalvar geyərək müasirlik həvəslərini təmin etmiş olurlar.

“Bir çox yerlərə cins geyinmək münasib sayılmadığına görə, ən yaxşısı hər kəsin uyğun geyinməsidir,” Xanım Mather deyir.

“Lakin, hersoginiya deyək ki, itləri gəzməyə çıxarıbsa, cins məqbuldur.”

Rənglərin ahəngi

The Queen wearing a selection of brightly coloured outfits

Kral ailəsini pərəstişkarları Kraliçanın qarderobunun göy qursağının bütün rənglərini əks etdirdiyini bilməmiş olmazlar.

Deyilənlərə görə o, bir dəfə söyləyib: “Əgər bej rəngdə geyinsəydim, heç kəs kim olduğumu bilməzdi.”

Cənab Harrold-a görə, rəng seçimini monarx, şəxsi assistenti Angela Kelly-ə borcludur.

Düşünülür ki, kraliça izdiham arasında seçilsin deyə əlvan rənglərə üstünlük verir.

“O, əlvanlığı sevir və bilir ki fərqlənəcək – nə xoş onun halına,” Xanım Mather deyir.

Hərbi tərz

Prince Harry and Prince William wearing military outfits

Şahzadə William və şahzadə Harry silahlı qüvvələrdə xidmət ediblər və hərbi formada onları çox görmüşük.

Kral ailəsi üzvləri Rənglərin Birləşməsi (Trooping the Colour) və ya Britaniya ordusunun anım mərasimləri kimi hərbi tədbirlərdə tez-tez bölüklərini təmsil edən formalar geyinirlər.

Şahzadə William RAF-də (Kral Hava Qüvvələri) xidmət göstərib və eləcə də, İrlandiya Qvardiya polkovnikidir. Qvardiyanın forması al qırmızı rəngdədir.

O, 2011-ci ildə Catherine ilə ailə qurarkən bu formanı geyinməyə üstünlük vermişdi.

Tac və cavahirat

The Duchess of Cambridge and The Queen wearing tiaras

Cambridge hersoginiyasını toyundan əvvəl tac taxan yəqin ki, görən olmayıb.

Ona görə ki, yalnız Ali Ailənin evli qadın üzvləri tac taxırlar.

Taclar adətən rəsmi mərasimlərdə, xüsusilə də gecə geyimi ilə taxılır, Xanım Mather söyləyir.

“Qədim adətə əsasən, axşam saat 6-dan sonra içəridə şlyapa geyilmir, çünki, xanımlar bu vaxt gecə geyiminə keçir və tac və ailə daş-qaşı taxılır.

“Parlaq brilyantlar və taclar gün ərzində məqbul sayılmır və yalnız evli qadınlar tac taxır.”

Cənab Harrold deyir: “Evli xanımlar üçün bu, status göstəricisi və ər axtarışında olmamaq nişanəsi sayılırdı.

“Bəylər üçün isə taclı xanımlara yanaşmamaq üçün bir işarə idi.” (BBC)