XƏBƏR LENTİ

23 İyul 2017

17 İyul 2017 - 23:45

“Bu forma üçün “savaşmaq” istədim və baş məşqçi mənə bu şansı verdi…”- DENİZ YILMAZ

bursaspor

Keçmişə baxan və özünü tənqid etməyi bacaran hər kəs yeni şansa, yeni başlanğıca layiqdi. Keçmişdə ilişib qalmağın heç kimə bir faydası yoxdu”.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, bu sözlər Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaza məxsusdur.

Yığmamızın forvardı klubu “Bursaspor”da əfv edilərək, yenidən əsas komandaya cəlb olunub. Bununla bağlı Yılmaz yeni baş məşqçi Pol Le Quenlə birlikdə media nümayəndələri önünə çıxıb.

29 yaşlı oyunçu yenidən əvvəlki günlərinə qayıtmaq istədiyini vurğulayıb:

“Bu forma üçün “savaşmaq” istədim və baş məşqçi mənə bu şansı verdi. Bəli, hamı kimi, mənim də səhvlərim oldu. Həmçinin mənə qarşı edilən səhvlər də. Əsas bir-birimizi başa düşməkdi. Azarkeşləri anlayıram. “Bursaspor”a xeyir vermək istəyirəm və azarkeşlərdən xoşagəlməz günlərin ardından məni başa düşmələrini gözləyirəm. Məni yenidən burda görmək istədikləri üçün baş məşqçimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Bu geridönüş hekayəsinin qapısını onlar açdılar. Həmin qapıdan girdiyim andan etibarən yeganə düşüncəm azarkeşlərimizi sevindirəcək nəticələrdə pay sahibi olmaq və qısamüddətli ayrılıqdan sonra onların könlünü almaqdı”.

“Bursaspor”un çalışdırıcısı Pol Le Quen də oyunçusuna güvəndiyini vurğulayıb. Fransalı mütəxəssis yığmamızın üzvündən yeni mövsümdə uğurlu çıxış gözləyir:

“Bir neçə gün əvvəlki mətbuat konfransında Dənizlə klub arasındakı münasibətlərin düzəlməsinin çətin olduğunu söyləmişdim. Həqiqətən də, çətin görünürdü. Ancaq bu gündən etibarən hər şeyin keçmişdə qaldığını, klubun mənafeyinin daha vacib olduğunu düşünürəm. Hesab edirəm ki, Dəniz komandamıza xeyir verə biləcək oyunçudu. Hazırda bizim üçün ən önəmli məqam dialoq və qarşılıqlı münasibətdi. Bunu ən yaxşı şəkildə qurmağa çalışırıq. Dəniz bu gün kollektivlə birlikdə ilk məşqinə çıxacaq. Əminəm ki, o da baş verənləri keçmişdə qoyacaq və komandaya müsbət mənada xidmət edəcək. Rəhbərlik onunla bağlı məsələdə qərarsız qalmışdı. Mən məsuliyyəti öz üzərimə götürdüm. Çünki kimsə bunu etməli idi. Dənizin kollektivə qoşulmasını istədim. Ümid edirəm ki, bu, “Bursaspor” üçün doğru qərardı. Ona bir növ yeni transferimiz gözü ilə də baxmaq olar. Dənizə uğurlu mövsüm arzulayıram”.

Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsümün sonlarında əməkhaqqısını almaq üçün FİFA-ya müraciət etmiş və rəhbərlik tərəfindən komandadan uzaqlaşdırılmışdı.

Gununsesi.info





loading...
Loading...