“Bu gün Azərbaycan ciddi şəkildə elit böhranı yaşanır” - XALƏDDİN İBRAHİMLİ

  • By admin
  • 26 İyul 2017 13:06
50E968F8-B4A9-4F0F-8815-5167E1DDCD7F_mw800_s
“Həyat dəyişdikcə hadisələrə, proseslərə baxışlar da dəyişməlidir. Amma Azərbaycanda hadisələrə baxışımızda 1980-90-cı illərin  ab-havası var. Bu illərdən üzübəri tanıdığım adamların əksəriyətinin düşüncələri dəyişməz qalıb”.
Gununsesi.info xəbər verir ki, bu fikri politoloq Xaləddin İbrahimli bu gün Azərbaycanda baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, hər gün yeniləşən və dəyişənləri barmaqla göstərmək olar: “Bilirsinizmi niyə? Oxumadılar, özlərini oxuyan kimi göstərməyə çalışıdılar, vəssalam. Bu az saylı ağıllı insanlarımızın köməyi ilə topluma sinerji, yeni fikirlər vermək, onu dəyişdirmək imkansızdır. Elit yoxdur. Azərbaycan ciddi şəkildə elit krizi yaşayır”- deyə, X. İbrahimli vurğulayıb.
O əlavə edib ki, insanlara ağrıyan yerlərini göstərəndə kvazielit (qondarma, guya) sağdan soldan saldırır: “Yenə çoxları özünü Dədə Qorqud zənn edir. Amma 20-30 il əvvəlki adamdı. İllərlə papağı günə yandırıb”. 
Türkiyəyə baxış və Türkiyənin üzləşdiyi problemlərə toxunan X.İbrahimli deyib ki, bizdə yenə də Türkiyəyə Azərbaycandakı cari durumdan baxırlar. “Ancaq hər şey göründüyü kimi bəsit deyil. Türkiyə çeşidli dini cərəyanların əsrlərlə yuvarlandığı bir ölkədir. Bir tərəfində Qərb, o biri tərəfində Yaxın Şərq. Qərb onun güclü olmasını istəmir, ayaqlarına  qandal vurmağa vurmağa çalışır, bu qandallar Yaxın Şərqdədir. Türkiyə hər iki tərəfdən öldürücü zərbə ala bilər. Amma, eyni zamanda O, dinə, yəni Yaxın Şərqə arxa çevirə bilməz, demokratiyaya da, yani Qərbə də arxa çevirə bilməz. Türkiyə yeni bir mərhələni yaşamaqdadır”- deyə, X. İbrahimli vurğulayıb.
 O deyib ki, əvvəlki dönəmlərdə sekulyarlık və din tez-tez toqquşdu. “Qərb Türkiyənin sekulyar qalması üçün çaba göstərirdi. İndi dindən, təriqətlərdən sekulyarlığı, sonra da dövlətin bütövlüyünü pozmaq üçün alət kimi istifadə edilir. Türkiyədə  indiki mərhələdə ikisinin ortasında manevr etməyə çalışılır. 15 iyul 2016-ci il hadisələrindən sonra çox şeylər aydın göründü. İrəlidə nə yaradılacaq, necə yaradılacaq bunu zaman göstərəcək.

Yazıçıların zaman-zaman dünyadakı siyasi proseslərə münasibət bildirməsi normal bir işdir. Bu hər zaman olub və olacaq. Am
ma təəssüf ki, bizimkilər baş verən hadisələrə hazırlıqsız münasibət bildirir, ciddi xətalara  yol verir, kafaları qarışdırırlar. Türkiyəyə münasibətdə isə bu heç yolverilməzdir”- deyə, X. İbrahimli bildirib.
Mürtəza
Gununsesi.info