Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir

  • By admin
  • 21 İyun 2017 19:33

ramazan

 

Bu gecə Azərbaycanda sonuncu, yəni dördüncü Qədr (əhya) gecəsi qeyd olunacaq.

Axşam.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə əsasən xəbər verir ki, sonuncu Qədr gecəsi Ramazan ayının 26-dan 27-ci gününə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 13-dən 14-nə (Ramazan ayının 18-dən 19-cu gününə), ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə) keçən gecə qeyd olunub.

Ramazan bayramı isə iyunun 26-sı və 27-də keçiriləcək.

 

Gununsesi.info