Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür

  • By admin
  • 24 Mart 2017 10:51

verem

24 mart – Dünya Vərəmlə Mübarizə Günüdür. Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri işləri aparılıb.

Vərəm hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəlikdir. Vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır və əsasən əhalinin əmək qabiliyyətli hissəsinə öz təsirini göstərir. Dünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insanların 20 faizi vərəmdən ölüb.

Gununsesi.info