“Bu il biz 3 qızın təhsil haqqını ödədik” - NƏRGİZ BABAYEVA-KƏRİMOVA

  • By admin
  • 23 Avqust 2017 18:24

59380d0ba9764_telebe_esas_4

“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi (İB) 3 tələbənin təhsil haqqını öz üzərinə götürüb.

Gununsesi.info-nun xəbərinə görə, Birliyin sədri Nərgiz Babayeva- Kərimova bu haqda sosial şəbəkədəki səhifəsində belə yazıb:

“Təhsil insanın simasıdır. Təhsilli gənclər isə bir ölkənin, bir dövlətin savadlı gələcəyi deməkdir. Böyük messenat Hacı Zeynalabdin Tağıyevin belə bir sözü var: Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə! Bu il biz 3 qızın təhsil haqqını ödədik”.

Gülnaz Qənbərli

Gununsesi.info