“Bu konfransın baş tutmaması üçün çalışan qüvvələr oldu” - MƏLAHƏT İBRAHİMQIZI TƏŞƏBBÜSKARI OLDUĞU  KONFRANSIN ZƏRURƏTİNDƏN DANIŞDI

  • By admin
  • 24 Sentyabr 2017 12:51

melahet2

Avronest Parlament  Assambleyasında Bakıda “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” movzusunda konfrans başa çatıb. Ermənistan nümayəndə heyətinin də qatıldığı konfrans bir sıra maraqlı məqamları ilə yadda qalıb.

Konfransın təşəbbüskarı Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti  Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı Gununsesi.info-ya bu konfransı zəruri edən səbəblərdən və nəticəsindən danışıb.

Məlahət İbrahimqızı bildirib ki, bu təşəbbüslə bağlı bir neçə ay öncə düşünüb:

“Həmsədr kimi mənim belə bir hüququm var. Ona görə də  Milli Məclisin rəhbərliyinin də məsləhəti ilə bu imkanlardan istifadə  edərək respublikamızda müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin təbliği məqsədilə  Avronest Parlamentinin dəstəyi ilə Bakıda konfrans kecirməyi qərara aldiq. Buna görə də təkliflərimizi sekretariata göndərdik”.

Deputat irəli sürülən hər hər bir təşəbbüs dəstək qazanmadığından mövzunun aktuallığına önəm verib:

“Əlbəttə, göndərilən hər təklif dəstəklənmir. Təklif elə olmalıdir ki, o Avronest Parlament Assambleyasinda təmsil olunmuş  bütün üzvlərin dəstəyini qazansın. Bunun üçün  də  gərək bu təklifdə qoyulan problem onların da marağına uyğun olsun. Bu mənada 2015-ci ildə BMT-nin qəbul etdiyi Dayanıqlı İnkisaf Məsədlərindən  3 və 5-ci məqsədin müzakirəsinin hər kəs tərəfindən  dəstək alacağına əmin idik.

malahat1

Yəni mövzu elə mövzu olmalı idi ki,  sosial komitənin mandatına uyğun olsun. Daha doğrusu,  mövzunun əhatə etdiyi problem komitənin mandatına uyğun  olmali idi və  eyni zamanda o mövzuya görə Azərbaycanda əldə edilmiş nailiyyətin də təbliğ olunmasını düşünürdük ki, bizim tam marağımıza uyğun müzakirə konfransı olsun.  2015-ci ildə BMT-nin  Minilliyin İnkişaaf Məqsədlərinin 15-ci il dönümü keçiriləndə  bu sammitin nəticəsi olaraq Davamlı İnkişaf  Məqsədləri qəbul olundu.  Burada 17 məqsəd, 169  hədəf  var idi. Qeyd etmək lazımdır ki, bu davamlı, dayanıqlı inkişaf məqsədləri dünyada universal dəyər və çağırış kimi bütün dünya insanlarını, ölkələrini birləşdirici  məqsədlərdir. 2015-ci ildə keçirilən Minilliyin İnkişaf Məqsədlərinin 15-ci il dönümündə BMT tərkibində üzv olan bütün ölkələrin dövlət rəhbərlərinin iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu da 17 məqsəd, 169 hədəf üzvü olan ölkələr tərəfindən imzalanıb. Bu da, bir növ, universal dəyər kimi bütün ölkələr tərəfindən qəbul olunub. Dünya üzrə bir çox ölkələr var ki, 2 il ərzində bu sahədə bir çox nailiyyətlər əldə ediblər. Bunlardan biri də Azərbaycandır. Böyük qürur hissi ilə deyə bilərik ki, dayanıqlı və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün cənab prezidentimizin fərmanı ilə Azərbaycanda “Dayanıqlı İnkişaf Məqsədləri”nin həyata keçirilməsi üzrə Milli Kordinasiya Şurası yaradıldı. Bu da yüksək bir status daşıyaraq öz qüvvəsində qalır. Ən çox inkişaf etmiş ölkələrdə belə bir yüksək statuslu dövlət qurumu  yaradılmayıbdır. Sadəcə olaraq,  hansısa bir nazirlik və ya ayrı-ayrı qurumların nəzdində həyata keçib. Məsələn,  bəzi ölkələrdə İqtisadi İnkişaf Nazirliyində, bəzilərində Xarici İşlər Nazirliyində, bəzilərində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Lakin Azərbaycanda belə bir şuranın, dövlət qurumunun yaradılması, eyni zamanda həmin dövlət qurumunun da rəhbərinin baş naziri müavinin təyin olunması dövlətimizin prioriteti kimi göstərilir. Dövlət başçısı cənab İlham Əliyev dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün davamlı olaraq xüsusi diqqət göstərib. Bunu da dövlətimizin uğuru kimi göstərmək olar. Adını çəkdiyimiz bu Şura bir çox dünya ölkələrinin diqqətini xüsusi şəkildə çəkib”.

Məlahət İbrahımqızının sözlərinə görə, Davamlı İnkişaf Məqsədləri  2030-cu ilədək həyata keçirilməsiylə bağlı ölkələr tərəfindən  müəyyən öhdəliklər  götürülüb:

“Qısa müddət ərzində  ölkəmizdə çox böyük  nailiyyətlər  əldə olunub.  Ayrı-ayrı  məqsədlər  və çağırışlara uyğun olaraq, bu yaxınlarda da iyul ayında  Azərbaycanda  bu  dövlət qurumunun rəhbəri  Baş nazirin müavini Əli Əhmədovun  rəhbərlik etdiyi nümayəndə heyəti  ABŞ-da, Nyu-Yorkda olublar. Orada BMT-də Azərbaycan höküməti hesabat verdi. Bu hesabatda da Azərbycanda bu sahədə görülən işlər təqdir olunurdu. Hətta  mən özüm də Nyu-Yorkda  BMT-nin xüsusi sessiyasında iştirak edirdim. Bizim hesabatı qurumun rəhbəri Ə.Əhmədov  təqdim edirdi. Bu təqdimatdan sonra  bir sıra ölkələr  nümayən heyətimizin  rəhbəriylə görüşmək istəyirdilər və Azərbaaycan təcrübəsini öyrənmək üçün  əməkdaşlığa hazır olduqlarını qeyd edirdilər.

Uzun illərdir ki, qadin, ana sağlamlığı, qadın haqları və eyni zamanda gender bərabərliyi prioritet bir məsələ kimi gündəmdə qalıb. Bu da dünyanın inkişaf etmiş və ya etməmiş bütün ölkələrində aktual məsələ kimi gündəmdə saxlanılıb. Eyni zamanda bu barədə müzakirələrə ehtiyac qalmayıb. Bu gün keçirilən konfransın mövzüsuna da, biz bu konteksdən yanaşdıq. Davamlı inkişaf məqsədlərində qadın sağlamlığı, qadın haqları, gender bərabərliyi üçüncü və beşinci məqsədlərdir. Azərabaycanda bu aktual olaraq qalır. Eyni zamanda exspertlərimiz də bu sahədə bir çox nailliyyətlərə sahib olublar. Biz də bütün bunları nəzərə alaraq, bu mövzuda geniş şəkildə konfrans keçirilməsini qərara aldıq. Yəni parlamentarilərin  rolu, məsiliyyəti və  daha çox cəlb olunması  Davamlı İnkişaf Məqsədlərinin  həyata keçirilməsində parlamentarilərin öhdəlikləri və vəzifələri daha çox  işə cəlb olunması, mövzunun aktuallığına baxmayaraq,  ötən il dekabr ayından göndərdiyimiz təklif iyun ayının sonuna kimi bütün səviyyələrdə müzakirə olundu. Baxmayaraq ki, konseptual olaraq mövzuları bəyənmişdilər, lakin rəsmi şəkildə razılıq uzun bir prosuder çəkdi. Bir daha qeyd etdiyim kimi ötən il dekabr ayında verdiyimiz təklifə iyun ayında tam olaraq  Brüsell şəhərindən müsbət cavab olaraq gəlib. Milli Məclisin spikeri cənab Oqtay Əsədovun göstərişi ilə belə bir konfrasın keçirilməsi üçün yüksək səviyyədə şərait yaradıldı. Bu dayanıqlı inkişaf məqsədləri universal dəyər olduğuna görə, bir sıra beynəlxalq təşkilatlardan bizə təkliflər gəldi. Bu beynəlxalq təşkilatlarından biri “Əhali artımı və inkişafı üzrə Avropa Parlament Forumu” digər isə Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yerləşən ofisi idi. Hər iki təşkilat belə bir konfransın keçirilməsinə bizimlə məmnuniyyət ilə əməşdaşlıq etmək istədiklərini bildiriblər. Bundan əlavə, digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlament Forumu və Dünya Parlament İttifaqından da tədbirdə iştirak etmək üçün bizə müraciətlər gəlirdi.

Ermənistanın istəyi baş tutmadı…

Bütün bu məsələləri müzakirə etdikdən sonra daimi olaraq Minilliyin İnkişaf məqsədləri ilə məşğul olan bu təşkilatlar ilə əməşdaşlıq üçün öz razılığımızı bildirdik”.

“Ermənistanın bu könfrasın keçirilməsinə maneçilik cəhdlərinin qarşısı necə alındı?” sualına millət vəkili cavabında bunları deyib:

“Tədbirin baş tutmasında müəyyən gecikmə oldu.  Bunu Azərbaycanda keçirilməsinə  mane olan qüvvələrin  fəaliyyəti ilə  bağlamaq olar. Həqiqətən də belədir, bu hər kəsə də məlumdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın təklif  etdiyi  təkliflər son  mərhələdə qəbul olundu”.

M.İbrahimqızının sözlərinə görə, artıq ermənilərin şantaj dolu siyasəti özünü doğrultmur:

“Amma  bu dəfə  əvvəlkilərə nisbətən artıq başa düşürdülər ki, çox böyük yanlışlıqlardadırlar.  Çox  böyük uçurumun başlanğıcıdındadırlar.  Ona görə də də hesab edirəm ki, ermənilər bizim ittihamlarımızı  bizr az  sakit qarşılıyırdılar. Daha döğrusu, bəlkə də rejimdən qorxmasaydılar, bizi tamamilə dəstəkləyərdilər, təsdiqləyərdilər. Ermənilər  hər zaman çalışırlar ki, müzakirə olunan məsələlərdə,  konfranslarda , tədbirlərdə biz azərbaycanlılar   Qarabağ məsələsindən danışmasınlar və maksimun dərəcədə bunu əngəlləməyə çalışırlar.  Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü və 5-ci məqsədlərinin  müzakirəsində də elə heasab edidilər ki,  əgər Dayanıqlı İnkişaf Məqsədləri qadın sağlamlığı və gender  bərabərliyindən  danışırsa, daha burada  Qarabağ məsələsindən  danışmaq  qeyri-mümkündür.  Amma başa düşmürlər ki, azərbaycanlıların da daha çox işlətdiyi, bu gün də beynəlxalq aforzmə çevrilən “Bütün yollar   himnən keçir”. Yəni  hansı mövzunu müzakirə ediriksə,  azərbaycanlılar üçün bir yol var, keçdiyimiz bir yol, bir məntəqə, bir dayaq   var – Qarabağ konfilikti, işğaldan azad edilməsi məsələsi. Hansı  müzakirə olursa olsun, Ermənistanın işğalçılıq siyasətini  ifşa etmək və beynəlxalq ictimaiyyətin də onlara təzyiqini  gücləndirməsində səylərimizi birləşdirilməsi.  Buna görə də,  konfransda Azərbaycan nümayəndə heyətinin   konfransın ayrı-ayrı  sessiyalarının mövzulrına uyğun olaraq, Ermənistanın Azəbayacana  qarşı  işğalçılıq siyasətini pislədikcə, dedikcə  Ermənistandan gələn nümayəndə heyətinin  acığına gəlirdi.  Onlar çalışırdılar ki,  reaksiya bildirsinlər. Reaksiyada  ancaq bunu bildirdilər ki.  Guya, Azərbaycan nümayəndə heyətinin üzvləri   əsassız olaraq  danışırlar. Yəni,  guya Qarabağın işğalı məsələsi əsaslı olmayan məsələdir.

Onlar iddia edirdilər ki, Ermənistanın Azərbaycana qarşı təcavüz məsələsinin bu sessiyada   müzakirəsi mümkünsüzdür.  Mən dəAvronest  Parlamentin sosial-siyasət komitəsinin  həmsədri,  moderatoru kimi bəzən  buna   müdaxilə edə bilmirdim, əlbəttə, bizim həmkarlarımız  onların cavablarını yetərincə verdilər.  Hətta təhsil nazirirnin  müavini Ermənistan nümayəndə heyətinin guya Azərbaycanda   tədris edilən  dərsliklərdə gənclərdə ermənilərə qarşı da  nifrət hissinin aşılanmasıyla bağlı söylədiklərinin cavabını kifayət qədər kəsərli verdi. Təhsil nazirinin müavini isə bildirdi ki, əslində,  bu işi ermənilər edir. O bildirdi ki, ermənilər öz uşaqları və gənclər arasında azərbaycanlılara qarşı düşmənçilik toxumu səpiblər.

Mən də çıxışımda  dedim ki, davamlı və dayanıqlı inkişaf deyəndə  bu təhlükəsizlik, sabitlikdir,  konfiliktsiz, münaqişəsiz cəmiyyətdir, istər  mülki münanaqişə olsun, istərsə də  hərbi  münaqişə olsun, tarazlı, balanslı, harmonik inkişafdır. Ola  bilməz ki, Azərbaycanın 20 faizdən çox ərazisi   işğal altında olsun,   amma 80 faiz torpaqlarında  digər inkişaf məqsədləri- tutaq ki, ailə, qadın sağlamlığı, gender bərabərliyi,  bu  beynəlxalq  dünya standartlarına  cavab səviyyəsində inkişaf  etsin,   amma işğal altında olan torpaqların haqqında düşünməyək. Yaxud da işğal altındakı torpaqlarımızdan qovulmuş, çıxarılmış  soydaşlarımız, 1 milyondaan artıq  vətəndaşımızın  sosial-iqtisadi  durumu, dayanıqlı inkişafla bağlı  həyata keçirilməyə çalışılan ayrı-ayrı hədəfləri haqqında düşünməyək.  Bu gün bütün beynəlxalq  təşkilatlar , eləcə də BMT-nin qəbul etdiyi bu  Davamlı İnkişaf  Məqsədlərində  əsas götürülən məsələ odur ki, cəmiyyətin  həssas qrupu- qocalar, əlillər, uşaqlar və qadınlardır.

Bu mənada Davamlı İnkişaf Məqsədlərini  qəbul edən mötəbər, ali kürsüdə   dünyanın BMT üzvü olan ölkələrinin  rəhbərlərinin iştirak etdiyi  dövlət və hökümət  başçılarının  iştirak etdiyi tədbirdə  qəbul olunan sənəddə əgər   yazılırsa da, bu  məqsədlər həllinin   həssas qrupu arasında  daha çox diqqət və qayğı göstərilməlidir. Biz bunu unuda bilmərik.  Eyni zamanda həmin Sammitdə səslənən tezisə dünya üzrə  tezisə çevrilən bir nəfər də olsun  heç bir kəs  Davamlı İnkişaf  Məqsədindən kənarda  qalsın.Yəni bu bir çağırış idi. İki il bundan əvvəl – 2015-ci ildə   davamlı inkişaf məqsədləri qəbul edilən həmin sessiyada bu mənada  ermənilərə dedim ki,  davamlı inkişaf deyiriksə, bu o demək deyil ki,   biz Qarabağ mövzusundan danışmayaq. Biz sizin  Azərbaycan xalqına qarşı  işğalçılıq siyasətini  sizdən danışmayaq.  Bu mümkün deyil ki, dayanıqlı inkişafdan danışanda işğala məruz qalan toraqlarımzadan qovulan əhalidən danışmayaq.

Onların 50  faizi qadınlar, uşaqlar və qocalardır, girovluqda və əsirlikdə olan insanlarımızdan danışmayaq.   Davamlı İnkişaf Məqsədlərinin 16-ci maddəsi elə  sülh və konfiliktlərin həll olunmasıdır. Amma biz hələ indi 3-cü və 5-ci  məqsədi müzakir edirik. Ermənistan da daxil olmaqla bütün ölkələr imza ataraq, öhdəlik götürübdür. Ona görə də Azərbaycan  nümayədə heyətinin  sizin ölkənin işğalçılıq siyasətiylə bağı dediyi   fikirləri normal qəbl etməlisiniz. Bu sizin ünvanınıza deyilən   sözlər deyil, bu beynəlxalq  təşkilatların  Azərbaycanın 20 faiz torpaqlarnın Ermənistanın  işğalçı ordusu tərəfindən  işğal olunmasıyla bağlı, ərazi bütövlyümüzə  etdiyiniz  təcavüzlə bağlı sənədlərdə yazılıb. Bu, BMT-nin  TŞ-nin 4 qətnaməsində yazılıb.   Bütün beynəlxalq təşkiltarda bu işğalçılıq siyasəti qeyd olunub.”

M.İbrahimqızı hesab edir ki, Davamlı İnkişaf Məqsədləri  həm də beynəlxalq əməkdaşlığıdır, təcrübə mübadiləsidir: “Beynəlxalq  əməkdaşlıq haqqında  düşünürüksə,  özümüzü dünyanın bir parçası  hesab ediriksə, biz regionda, Cənubi Qafqazda  da istəyirik ki,  Azərbaycanda  həyata keçirilən qlobal enerji layihələri, logistik layihələrdə də məqsd odur ki,  təkcə Azərbaycan üçün yox, region üçün  yox, bu layihədə iştirak edən dövlətlər üçün də social iqtisadi inkişafı  üçün də töhfələr verir. Cənubi Qafqazda gürcüstanla birlikdə  bu layihələrdə iştirak edirik.   Ermənistan öz işğalçılıq siyasətindən əl şəkərsə,  sözsüz ki, Ermənistan da iştirak edə bilər.   Azərbaycan dövlətinin başçısı, cənab president İlham Əliyevin uzaqgörən  siyasəti nəticəsində bu layihələrdən Ermənistan da bəhrələnə bilər. Eyni zamanda Dağlıq Qarabağ da  hər iki icma – həm erməni, həm də azərbaycanlıların icması  bu dayanıqlı  inkişafdan Azərbaycan hökümətinin bu sahədə gördüyü  işlərdən, əldə etdiyi nailiyyətlərdən  onların da payına düşər. Davamlı İnkişaf Məqsədlərindən danışarkən  biz cəbhəyanı və sərhəd bölgələrimizin taleyini də düşünməliyik.  Bu mənada həmin ərazilərdə  bəzən Davamlı İnkişaf  Məqsədlərinin  həyata keçirilməsinə problemlər yaranır. Biz  dünyaya nümayiş etdirdik ki, Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra qısa müddət ərzində Azərbaycan höküməti orada gözəl infrastruktur  yaratdı və o kəndin  qaçqın, köçkün düşmüş didərgin  insanları  bu gün orada yüksək  stndartlara və modern infrastruktur yaradılmış  qəsəbədə rahat və firavan  yaşayacaqlar.  Biz bunu işğal altında olan bütün torpaqlarımızda görmək istəyirik. Dövlətimizin də, dövlət başçısının da məqsədi odur. Bu mənada ermənilər yaxşı-yaxşı fikirləşməlidirlər ki, nə qədər ki, işğalçılıq siyasətindən əl çəkməyəcəklər, onarın gələcək taleyi daha da təhlükə altında olacaqdır və necə deyərlər, möhtərəm prezidentimizin bu günlərdə  Nyu-Yorkda  BMT-nin  72 -ci sessiyasında  səsləndirdiyi kimi  aprel döyüşləri təkrarlana bilər”.

Gununsesi.info