Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

14 Noyabr 2017 - 19:20

Bu ölkələr Rusiyanı bomba həyəcanı ilə qorxudurmuş

Rusiyada bir neçə ay davam etmiş anonim zənglər ölkə xaricindən ayrı-ayrı qruplar tərəfindən edilib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər idarəsinin rəhbəri Oleq Baranov deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində zənglərin ABŞ, Türkiyə, Ukrayna və Yaponiyadan edildiyi müəyyən olunub.

Bununla bağlı, 13 cinayət işi açılıb.

Qeyd edək ki, sentyabrın 11-dən etibarən Rusiyada müxtəlif obyekt və yaşayış binalarına bomba qoyulması barədə anonim zənglər başlayıb. Həmin dövrdən 170 şəhərdə 1 milyondan çox adam təxliyə olunub. Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Gununsesi.info