Bu ölkədə hər uşaq 6 min dollar xarici borcla doğulur

  • By admin
  • 27 İyul 2017 17:16

009
İraqın ümumi dövlət borcu 112 milyard dollara çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İraq Parlamentinin Maliyyə Komissiyasının katibi Əhməd Rəşid məlumat verib.

Belə ki, hazırda ölkədə adambaşına düşən dövlət borcu göstəricisi 6 min dollar təşkil edir.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatlarının həcmi kritik həddə aşağı düşüb: “Son bir ildə isə ölkənin valyuta ehtiyatları 80 milyard dollardan, 45 milyard dollara qədər azalıb. İraq iqtisadiyyatının inkişafı dayanıb. Mövcud iqtisadi vəziyyətdə yalnız məmur maaşları ödənilir”, – deyə Əhməd Rəşid bildirib.

Qeyd edək ki, katib bu borcun kifayət qədər dəhşətli rəqəm olduğunu söyləyib.

Anar
Gununsesi.info