“Bu qanun layihəsi ciddi müzakirələrə səbəb olacaq” - BAHAR MURADOVA

  • By admin
  • 23 Yanvar 2017 11:22
BAHAR-1
Millət vəkili Rəfael Cəbrayılovun  müəllifi olduğu  “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə  dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası  tərəfindən icrasının mümkünlüyü  məsələsinin həlli haqqında” qanun layihəsi Milli Məclisdə gündəliyə çıxarılmadan,  nəinki cəmiyyətdə, eyni zamanda parlamentarilər arasına  ciddi fikirayrılığına səbə olub.
Bir sıra deputatlar belə bir qanun layihəsinin müzakirəyə çıxarılması və ya qəbulu Azərbaycanı   onunsuz da mənasız yerə  hədəf seçən beynəlxalq təşkilatlarla əlavə fakt vermək kimi dəyərləndirirlər. Məslən millət vəkili Qüdrət Həsənquliyev adı çəkilən qanun layihəsinin 2016-cı ilin payız sessiyasında  Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin  gündəliyinə salınanda ciddi etirazını bildirib. O zaman dedi ki, biz belə qanun layihələrini gündəliyə salmaqla beynəlxalq təşkilatlara əlavə təzyiq imkanı yaradırıqı və ona görə də  belə bir qanunun müzakirə çıxarılmamasını təklif etdi.
Düzdür qanun layihəsi Milli Məclisin 2016- cı il payız sessiyasının gündəliyinə salınsa da, müzakirəyə çıxarılmadı. Adı şəkilən qanun layihəsi yenidən  parlamentin 2017-ci ilin yaz sessiyasının gündəliyinə salınıb və müzakirəsi gözlənilir. Bu qanun layihəsi eyni zamanda  parlamentin İnsan Hüquqları Komitəsinin də günədliyindədir.
Qanun layihəsinin əhəmiyyətini və ciddi müzakirələrə səbə olacağını nəzərə alaraq Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovaya müraciət etdik.
Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Gununsesi.info-ya  Rəfael Cəbrayılovun  müəllifi olduğu qanun layihəsi ilə bağlı mövqeyini açıqlayarlən abildirib ki,  bildiyiniz kimi hər bir deputat qanunvericilik hüququ ilə çıxış edə bilər və Rəfale Cəbrayılov da bu hüquqdan istifadə edərək belə bir təşəbbüslə çıxış edərək, parlamentə qanun layihəsi təqdim edib: “Biz də öz növbəmizdə həm Milli Məclis, həm də parlamentarilər olaraq münasibətimizi bildirəcəyik. İndidən qanun layihəsi haqqında hansısa fikir söyləmək düz olmaz.  Bu, ancaq müzakirələr zamanı bəlli olacaq və hər bir  deputat qanun layihəsi ilə bağlı ya özünün müsbər və ya  neqativ fikrini ortaya qoyacaq. Sadəcə onu deyə bilərəm ki, hər halda  adı çəkilən qanun layihəsi ciddi müzakirələrə səbəb olacaq”.
Komitə sədri  əlavə edib ki, yəqin, millət vəkili qanun layihəsini hazırlayanda  bütün bu sualların olacağını göz önünə alıb  və mənə elə gəlir, o, qanunla bağlı ortaya çıxacaq  suallara cavab verməyə də hazırdır: “Yəqin, o, qanun layihəsinin hansı zərurətdən ortaya çıxdığını əsaslandırmağa hazırdır. “o Baxımdan da indidən deyə bilmərik ki, qanun layihəsi millət vəkillərinin əksəriyyətinin dəstəyini qazanacaq ya yox”.
Beynəlxalq təşkilatların reaksiyasına gəldikdə isə komitə sədri deyib ki,  beynəlxalq təşkilatlarının reaksiyası nə bizim qanunvericilik  fəaliyyətimizə, nə də qanunvericilik təşəbbüslərimizə mane ola bilməz: “Əgər düşünürüksə ki, kimsə bizi  xaricdən və ya daxildən tənqid edəcək və biz də bu tənqidə tuşgəlməmək üçün oturaq, mənə elə gəlir bu, düz yanaşma deyil. Bilirsiniz hər bir millət vəkili və ya qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumların  qanun layihəsi hazırlayıb, parlamentin müzakirəsinə çıxarmağa hüququ var. Milli Məclisə daxil olan qanun layihələrinə hə və ya yox demək ancaq millət vəkillərinin səlahiyyətindədir. Bu da, ancaq müzakirələr zamanı bəlli olur. Əgər   müzakirəyə çıxarılan sənəd  millət vəkillərinin dsətəyini qazanırsa, o zaman qəbul olunur. Yox, dəstək almırsa, o zaman  gündəlikdən çıxarılır.   Odur ki, daxil olan sənədlərin müzakirəsinə şərait yaratmaq bizim  borcumuzdur  və bunu etməliyik. Ona görə dəbiz tənqiddən çəkinib fəaliyyət göstərməyimiz düz deyil. Tənqid,  qoy olsun.  Cəmiyyət rəngarəngdir vəqoy əks fikirlər də olsun. Cəmiyyətimizi demokratik cəmiyyət olduğundan belə fikirlər səslənir.
Qanun layihəsinə gəldikdəs isə onu da əlavə edim ki,  əlbəttə, bu qanunla bağlı proses böyük vaxt tələb edir. İndidən bu qanunun zaman alacağını demək olar”.
Mürtəza
Gununsesi.info