XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

12 Oktyabr 2017 - 17:48

Bu qida kişilərdə sonsuzluğa səbəb olur- AZ YEYİN

b_520_0_16777215_0___images_stories_kisisaglamligi_soya_23_36b7fe760a40a598ce69a2b64587e9b4

Amerika alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, paxlalı bitkilərə aid olan soya kişilər üçün faydalı məhsul deyil və potensiyanın azalması, sonsuzluq kimi mənfi halların riskini artırır.

Gununsesi.info saglamolun.az-a istinadən xəbər verir ki, soyanın tərkibində olan bəzi maddələr orqanizmə olan təsirə görə qadın cinsi hormonlarını – estrogenləri xatırladır. Bu maddələri fitoestrogenlər adlandırırlar. Qadın sağlamlığı və döl yaratma sisteminə bu maddələr müsbət təsir etsə də, kişilərin sağlamlığına əksinə, mənfi təsir edir.

Zülallarla zəngin olan ucuz soya dünyada çox yayılmış məhsuldur və bir çox hazır qidaların (kolbasa, sosis və s.), yarımfabrikatların (dükanlarda satılan müxtəlif blinçiklər, suplar, pizzalar və s.), sousların, mayonezlərin və digər qidaların tərkibinə daxil edilir.

Soya zülallarının əsasında süni ət hazırlanır. Alimlər kişilərə qidalanmada soyanın istehlakını minimuma azaltmağı tövsiyə edirlər.

Gununsesi.info




loading...
Loading...